Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu – FOTO

Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu – FOTO

Hazırda oxunan: Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu – FOTO
260055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.

Bizim.Media xəbər verir ki, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs 4 il sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.

Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü “peyğəmbər” elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt “müalicə etdiyi” qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.
 

Onu da qeyd edək ki, qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovun birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar.


Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib.

Geridə qalan 4 il ərzində E.Ramazanovun harada gizlənməsi və digər detallar hazırda araşdırılır. (Qafqazinfo.az)

Fotoda: Cahangir Ramazanov

Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu – FOTO - foto 1


Fotoda: Ülfət Höccətov

Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO