Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı ARTIB – RƏSMİ

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı ARTIB – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı ARTIB – RƏSMİ
259388
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin ilk 6 ayında ümumi 174 transplantasiya əməliyyatı icra edilib.

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, əməliyyatlardan 47-si böyrək 30-u qaraciyər 16-sı sümük iliyi 81-i isə buynuz qişa transplantasiyasıdır.  Xidmətlərdən 21-i uşaqlara, 153-ü böyüklərə aiddir.

Açıqlamada qeyd olunub ki, 174 transplantasiya əməliyyatından 21-i uşaqlara , 153-ü böyüklərə aiddir.

“Böyrək transplantasiyası üzrə ümumilikdə 47 əməliyyat həyata keçirilib. Onlardan 1-i uşaq, 46-sı isə böyüklərə aiddir. Qaraciyər transplantasiyası üzrə 30 əməliyyat icra olunub. Bunlardan 4-ü uşaq, 26-sı isə böyüklər üzərində aparılıb.

Sümük iliyi transplantasiyası üzrə 16 əməliyyatın 15-i uşaqlar, 1-i isə böyük şəxs üçün icra olunub. Buynuz qişa transplantasiyası üzrə həyata keçirilən 81 əməliyyatdan 1-i uşaq, 80-i isə böyüklərə aiddir.

Əməliyyatlar daha çox 40-65+ orta yaşlı və yaşlı pasiyentlər üzərində həyata keçirilib”.

Bəs, cari ilin 6 ayında ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında artım varmı?
 

Rəsmi qurumdan bildirilib ki, cari ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur:


“Xüsusilə, ölkədə ilk meyit donordan orqan transplantasiyası hadisəsindən sonra cəmiyyət arasında bu mövzuya diqqət və həssaslıq nəticəsində könüllü donor kimi qeydiyyatdan keçən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb”, - deyə bildirilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO