“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO

“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO

Hazırda oxunan: “Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO
258600
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər paytaxtın müxtəlif ərazilərində lyuklarla bağlı təhlükəli vəziyyətlərin artması ictimai narahatlığa səbəb olub. Belə hallardan biri də Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə qeydə alınıb.

Bizim.Media-ya daxil olan məlumata görə, Rəsul Rza küçəsi 166 ünvanında yerləşən lyuk sakinlər, xüsusilə uşaqlar üçün birbaşa təhlükə mənbəyinə çevrilib.

Məsələ ilə bağlı əməkdaşımız hadisə yerində olub və təhlükənin real olduğu təsdiqlənib. Həqiqətən də, ərazidə hərəkətdə olan insanların, xüsusilə azyaşlı uşaqların həyatına təhlükə yarada biləcək açıq və ya zədələnmiş lyuk mövcuddur.

“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO - foto 1

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanladıq. Agentlikdən Bizim.Media-ya verilən açıqlamada bildirildi ki, əraziyə briqada göndərilib və vəziyyətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, oxşar hallar təkcə bu ünvanda deyil, paytaxtın bir çox küçə və prospektlərində müşahidə olunur.

Mövzunu diqqətdə saxlayacağıq.



“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO - foto 2

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO