Yayda bu əşyaları maşında saxlamayın - Partlaya bilər

Yayda bu əşyaları maşında saxlamayın - Partlaya bilər

Hazırda oxunan: Yayda bu əşyaları maşında saxlamayın - Partlaya bilər
258489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yay aylarında yüksək temperatur səbəbilə avtomobildə unudulan bəzi əşyalar partlayış və ya yanğın riski yarada bilər.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bu mövzuda sürücüləri diqqətli olmağa çağırır.

İsti havalarda avtomobil salonunda temperatur 60-70 dərəcəyə qədər yüksələ bilər. Bu səbəbdən aşağıdakı əşyaların maşında qalması təhlükəli sayılır:

Aerosol spreylər - dezodorant, tük təmizləyici və digər basqılı qablar istidə genişlənərək partlaya bilər.

Powerbank və batareyalar - günəş şüası və yüksək temperatur bu cür cihazlarda qızma və partlama riskini artırır.

Qazlı içkilər - plastik və ya metal qablarda olan qazlı içkilər istidə təzyiqlə şişərək partlaya bilər.

Ətir və dezinfeksiyaedici spirtlər - tərkibində alkoqol olan bu mayelər asanlıqla alışa bilər.

Çakmak - kiçik ölçülü olsa da, yüksək istilikdə alışa və partlaya bilər.

Mobil telefon - günəş altında uzun müddət qalan telefon qızaraq zədələnə və ya alovlana bilər.


Plastik qablaşdırılmış dərmanlar - bəzi dərmanlar istidə təsirini itirir, bəziləri isə kimyəvi dəyişikliklər nəticəsində zərərli hala gələ bilər.

Mütəxəssislər sürücülərə günəşli və isti havalarda bu əşyaları avtomobildə qoymamağı tövsiyə edirlər. Təhlükənin qarşısını almaq üçün maşın park edilərkən kölgə yerlər seçilməli və zəruri hallarda salon havalandırılmalıdır. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO