Bu sahələrdə işçi çatışmır - VİDEO

Bu sahələrdə işçi çatışmır - VİDEO

Hazırda oxunan: Bu sahələrdə işçi çatışmır - VİDEO
258102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 100-dən artıq sahə üzrə ixtisaslı kadr çatışmazlığı var.

Bizim.Media Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər bildirirlər ki, universitetlərdə, peşə məktəblərində verilən bilik və bacarıqlar əmək bazarının ehtiyaclarını tam qarşılamadığından bir çox sahələr üzrə kadr çatışmazlığı yaranır.

Ən çox kadr çatışmazlığının müşahidə edildiyi sahələr isə mühəndislik, turizm, aqrar və eyni zamanda bir sıra pedaqoji sahələrdir.

Ekspertlər onu da bildirirlər ki, ölkədə peşə məktəbləri kifayət qədər inkişaf etməyib, halbuki, bir çox texniki sahələr üçün ali təhsil yox, peşə bacarığı yetərlidir. Bu da öz növbəsində ali təhsilli sahələr üzrə kadr çatışmazlığı ilə bərabər peşə bacarığı tələb edən sahələrdə də kadr çatışmazlığı yaradır.
 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hazırda əmək bazarının tələbatı ilə təklif arasında disabalans var. Ən çox tələb olunan sahələrdə isə tədris, maraq və şərait baxımından problemlər qalmaqdadır. Gənclərin humanitar və sosial sahələrə yönəlməsi, texniki təhsilə marağın az olması da kadr çatışmazlığına öz təsirini göstərir.


Daha ətraflı videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO