BƏƏ-yə uçan reyslər Bakı aeroportuna YÖNLƏNDİRİLDİ

BƏƏ-yə uçan reyslər Bakı aeroportuna YÖNLƏNDİRİLDİ

Hazırda oxunan: BƏƏ-yə uçan reyslər Bakı aeroportuna YÖNLƏNDİRİLDİ
257659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərək Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Beynəlxalq hava limanından Bizim.Media-ya bildirilib ki, “Air Arabia” aviaşirkətinin Moskva–Şarja marşrutu üzrə hərəkət edən aviareysin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

“Airbus A320” tipli hava gəmisinin enişi yerli vaxtla saat 19:43-də uğurla yerinə yetirilib.
 

Eyni zamanda, “FlyDubai” aviaşirkətinin Bakı–Dubay istiqaməti üzrə müntəzəm reysi saat 18:14-də havaya qalxdıqdan sonra geri dönməyə məcbur olub. “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 19:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.


Qeyd edək ki, Bakı aeroportu fəaliyyətini tam ştat rejimində davam etdirir və hava gəmilərinin qəbulu ilə yanaşı, onların yerüstü xidmətlə təmin olunmasını beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO