Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Hazırda oxunan: Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU
256401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Aygün Quliyeva (şərti) polisə müraciət edərək qəsəbədə rəfiqəsi ilə birgə mindiyi "Mercedes" markalı avtomobilin sürücüsünün yolda ona qeyri-etik təkliflər etdiyini bildirib.

Aparılan araşdırmalarla taksi sürücüsünün Binə qəsəbəsində yaşayan Lerik sakini Füzuli Kazımov (şərti ad) olduğu müəyyən edilib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsinə göndərilən 58 yaşlı taksi sürücüsü gələcəkdə taksiyə ehtiyacı olarsa, əlaqə saxlaması üçün xanım sərnişinə yolda nömrəsini verdiyini, yolboyu onların razılığı və iştirakı ilə yüngül əxlaqlı söhbətlər etdiklərini deyib.

Məhkəmənin qərarı ilə Füzuli Kazımova 4 sutkalıq inzibati həbs verilib və o, saxlanma yerinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO