Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO

Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO

Hazırda oxunan: Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO
255727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Laçına səfərləri çərçivəsində “Hoçazfilm” yaradıcılıq studiyası və “Yurd” xalça qalereyasına baş çəkiblər.

Bizim.Media xəbər verir ki, səfər zamanı nümayəndələr studiyada filmlərdə istifadə olunan müxtəlif maketlərlə tanış olublar.

Qonaqlara bu maketlərin hazırlanması prosesi və kino istehsalında rolu barədə ətraflı məlumat verilib.

Ardınca “Yurd” qalereyasında nümayəndələrə Qarabağ xalçaları təqdim olunub. Laçında toxunan xalçalar qonaqların xüsusi marağına səbəb olub. Səfər iştirakçılarına xalçaçılıq prosesi – o cümlədən ilmə atma texnikası – əyani şəkildə nümayiş etdirilib.
 

Qeyd edək ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla 100-ə yaxın diplomat iştirak edir. Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.


Diplomatik korpusun nümayəndələri səfər proqramı çərçivəsində iyunun 21-də Şuşa və Ağdam şəhərlərinə də baş çəkəcəklər.

Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO - foto 1
Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO - foto 2
Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO - foto 3
Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO - foto 4
Xarici diplomatlar Laçında - Qarabağ xalçaları nümayiş OLUNDU - FOTO - foto 5

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO