Təhlükə getdikcə artır: 70 min sakin təxliyə edildi

Təhlükə getdikcə artır: 70 min sakin təxliyə edildi

Hazırda oxunan: Təhlükə getdikcə artır: 70 min sakin təxliyə edildi
255661
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin cənubundakı Quandon əyalətində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatına mənfi təsir edib.

Bizim.Media xəbər verir ki, Caoçin şəhərinin tabeliyindəki Huayci rayonunda sel və daşqın təhlükəsi ilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. 

Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib. 

Suycian çayındakı hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına və qabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb olunub.

Huayci rayonunda sel təhlükəsi ilə bağlı 1-ci dərəcədə xəbərdarlıq elan edilib. Tədris, iş, istehsal, nəqliyyatın hərəkəti dayandırılıb. Quandon ilə yanaşı Anhuy, Hubey, Hunan və Quycou əyalətlərində və Çonçin şəhərində də sel təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilib. (publika.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO