“28 May”dan “Nizami”yə keçid necə olacaq? - RƏSMİ AÇIQLAMA

“28 May”dan “Nizami”yə keçid necə olacaq? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “28 May”dan “Nizami”yə keçid necə olacaq? - RƏSMİ AÇIQLAMA
255511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı metropoliteninin “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları arasında 200 metrlik birləşdirici tunelin inşası dövründə “28 May” stansiyasından “Dərnəgül” istiqamətində qatarların hərəkəti dayandırılacaq. “Dərnəgül” istiqamətindən hərəkət edən qatarların son dayanacağı isə “Nizami” stansiyası olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə "Yeni Sabah.az"a Bakı Metropoliteninin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qurum qeyd edib ki, “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin transferi alternativ nəqliyyatla təmin ediləcək:

“Həmin vaxt "Qırmızı xət"də qatarların “İçərişəhər-Əhmədli” istiqamətində hərəkəti heç bir fasilə olmadan tam təmin ediləcək. "Yaşıl xətt"ə keçid edən sərnişinlərin maraqları da nəzərə alınacaq. Bu məqsədlə “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin transferi alternativ nəqliyyatla təmin ediləcək. Hazırda bununla bağlı AYNA ilə müzakirələr aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO