
- A-
- A
- A+
Daşkəsəndə qarayara xəstəliyinə qarşı peyvəndlənmə aparılır
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Dövlət Baytarlıq Xidməti yerlərdə iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya və digər işlər görür.
xa0
Dövlət Baytarlıq Xidmətinin Daşkəsən Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq “Epizotiyaxa0 əleyhinə diaqnostikaxa0 vəxa0 profilaktikxa0 tədbirlər planı”na uyğunxa0 rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında profilaktiki peyvəndləmə tədbirləri və diaqnostik müayinələrin icrasına start verib. Hazırda rayonun baytarlıq idarəsinin həkimləri bruselyozun müayinəsi üçün iribuynuzlu heyvanlardan qan alaraq qarayara xəstəliyinə qarşı peyvəndləmə aparır, eləcə də sahibli qapı itlərində quduzluğa qarşı vaksinasiya tədbirlərini həyata keçirirlər. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri aparılır.
Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər ardıcıl şəkildə davam etdirilir. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi Bayanxa0kəndindəxa0yerləşir Əliyevxa0Vadim Eyvazxa0oğluna məxsus şəxsi təsərrüfatda 70 baş iribuynuzlu və 8xa0baş təkdırnaqlıxa0 heyvanda və ayrı-ayrı şəxsi təsərrüfatlarda 1238 başdan artıq iribuynuzlu heyvanda qarayara, 215 baş qapı itlərindəxa0isə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb, eləcə də 709 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 520 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.
xa0
Qeyd edəkxa0 ki, Daşkəsən Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-cixa0 il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 6000 baş iribuynuzlu və 2030 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraqxa0 müayinə edilib. Eləcə də ötən il 24463xa0 baş iribuynuzlu, 105188 baş xırdabuynuzlu, 3959 baş cavan iribuynuzlu, 1918 baş təkdırnaqlı heyvanlarda qarayara və 3977 baş qapı itlərində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 15847 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri tərəfindən qarayara, bruselyoz və digər iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilmələri tövsiyə edilib. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıx əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.xa0
xa0
Bundan sonra isə Daşkəsən rayonunda epizootik plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliklərinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.xa0
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.
xa0
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































