Şəkidə külək və yağış fəsadlar törətdi, bəzi ərazilər işıqsız və susuz qaldı - FOTO/VİDEO

Şəkidə külək və yağış fəsadlar törətdi, bəzi ərazilər işıqsız və susuz qaldı - FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə külək və yağış fəsadlar törətdi, bəzi ərazilər işıqsız və susuz qaldı - FOTO/VİDEO
254717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Şəkidə güclü küləklə müşayiət olunan leysan yağışı bir sıra fəsadlara səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək şəhərin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində irigövdəli ağacı və elektrik dirəyini aşırıb.

Nəticədə ərazidə elektrik enerjisinin təchizatında fasilə yaranıb. İrigövdəli ağac isə yaxınlıqdakı işıq dirəyinin üzərinə aşaraq onu sıradan çıxarıb. Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub.

Bundan başqa, şəhərin müxtəlif ərazilərində və Oxud kəndində də irigövdəli ağaclar aşıb.
Təbii fəlakət səbəbi ilə şəhərin bəzi hissələrində elektrik enerjisinin və suyun verilişində fasilə yaranıb. Aidiyyəti təşkilatlar fəsadların aradan qaldırılmasına cəlb olunub.


Şəkidə külək və yağış fəsadlar törətdi, bəzi ərazilər işıqsız və susuz qaldı - FOTO/VİDEO - foto 1

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO