Goranboyda ağır QƏZA: Sürücü maşını aşırdı, oğlu xəsarət aldı

Goranboyda ağır QƏZA: Sürücü maşını aşırdı, oğlu xəsarət aldı

Hazırda oxunan: Goranboyda ağır QƏZA: Sürücü maşını aşırdı, oğlu xəsarət aldı
253772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboyda yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Samir Məmmədov "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarına aşıb.
 

Hadisə zamanı sürücünün 15 yaşlı övladı Nicat Məmmədov və avtomobildə olan digər sərnişin, 1953-cü il təvəllüdlü Aslan Məmmədov müxtəlif dərəcəli bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO