Çin nümayəndə heyəti Bakı Limanının multimodal imkanları ilə TANIŞ OLDU - FOTO

Çin nümayəndə heyəti Bakı Limanının multimodal imkanları ilə TANIŞ OLDU - FOTO

Hazırda oxunan: Çin nümayəndə heyəti Bakı Limanının multimodal imkanları ilə TANIŞ OLDU - FOTO
253593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çinin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADY-dən Bizim.Media-ya bildirilib ki, görüşdə Bakı Limanı və Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq dəhlizlərin, o cümlədən Çin və Avropa arasında səmərəli və etibarlı nəqliyyat bağlantısını təmin edən Orta Dəhlizin inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu qonaqların diqqətinə çatdırılıb.

Bildirilib ki, Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücü ilə Şərq-Qərb-Şərq yükdaşımaları üçün geniş imkanlar açır.

Çin nümayəndə heyəti Bakı Limanının regionda artan logistik potensialı və multimodal daşımalar üçün əlverişli imkanları ilə tanış olub.

Qeyd edək ki, hazırda Çinin Sian limanından Orta Dəhlizlə müntəzəm konteyner blok-qatarlarının göndərilməsi həyata keçirilir.

Çin nümayəndə heyəti Bakı Limanının multimodal imkanları ilə TANIŞ OLDU - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO