Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO

Hazırda oxunan: Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO
252495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlk dəfə təşkil olunan 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü festivalı axşam saatlarında uğurla yekunlaşıb. Festival paytaxt sakinləri arasında yüksək əhval-ruhiyyə yaradıb və xüsusilə uşaqlar üçün unudulmaz bir günə çevrilib.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində uşaqlara çoxlu sayda kitab hədiyyə olunub, bu da onların sevincini daha da artırıb. Günün sonunda isə konsert proqramı ilə davam edən festival izdihamlı iştirakla müşayiət olunub.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO - foto 1
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO - foto 2
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO - foto 3
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO - foto 4
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO - foto 5
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festival başa çatdı - FOTO - foto 6

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO