Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad edilən bölgələrə səfəri BAŞA ÇATDI - FOTO

Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad edilən bölgələrə səfəri BAŞA ÇATDI - FOTO

Hazırda oxunan: Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad edilən bölgələrə səfəri BAŞA ÇATDI - FOTO
252332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad edilən ərazilərə səfərləri başa çatıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, din xadimlərinin ilk səfəri işğaldan azad edilən Ağdam şəhərində ermənilərin tamamilə dağıtdığı şəhidlər xiyabanı olub.

Şəhidlər xiyabanının tamamilə məhv edilməsi, məzarlardan qalıqların çıxarılaraq atılması barədə qonaqlara məlumat verilib.

Din xadimləri bərpa edilən qəbirləri ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

Səfər zamanı qonaqların ziyarət etdiyi növbəti məkan isə işğaldan azad edildikdən sonra, əsaslı təmir edilən Ağdam Cümə məscidi olub. Qonaqlara məscid barədə məlumat verilib, işğaldan əvvəlki fotoları təqdim edilib.

Daha sonra İmarət Kompleksinə gələn din xadimlərinə bu yerin tarixi, işğaldan öncəki və işğal dövrünü əks etdirən fotoları təqdim edilməklə məlumatlar verilib.

Qonaqlar yenidən qurulan İmarət Kompleksinin ərazisini gəzərək ziyarət ediblər


Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO