Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxsə HÖKM OXUNDU

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxsə HÖKM OXUNDU
251593
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Bizim.Media xəbər verir ki, terrorçuluğu maliyyələşdirməkdə və digər cinayət əməllərini törətməkdə təqsirləndirilən Əliyev Yusif Sultan oğlunun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə yekun məhkəmə prosesi keçirilib.

Hökmə əsasən, Yusif Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barəsində həbs qətimkan tədbirinin seçildiyi məlum olub.
 

Yusif Əliyevə elan edilmiş ittihamda onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürdüyü bildirilir. Habelə onun dini radikalizm və dini fanatizmlə əlaqədar digər cinayət əməlləri müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.


Cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 167-3.1 ( dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 283.1-1 ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilir. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO