Oğurlanmış şəxsi avtomobilini özü yenidən oğurladı – Film kimi OLAY

Oğurlanmış şəxsi avtomobilini özü yenidən oğurladı – Film kimi OLAY

Hazırda oxunan: Oğurlanmış şəxsi avtomobilini özü yenidən oğurladı – Film kimi OLAY
251487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Mannheym (Baden-Vürtemberq federal ərazisi) şəhərinin sakini əvvəllər Rumıniyaya səfəri zamanı oğurlanmış şəxsi avtomobilini özü yenidən oğurladıqdan sonra yerli polis tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, qəribə hadisə ilə bağlı DPA agentliyi məlumat yayıb.

Məlumata görə, 27 yaşlı sakin aprelin sonunda Rumıniyaya qohumlarının qonağı olub və orada BMW markalı avtomobili oğurlanıb. Həmin şəxs bu barədə Rumıniya polisinə və onun sığortaçısına məlumat verib.

Bir neçə həftə sonra avtomobili 38 yaşlı Dortmund sakini alıb. Geolokasiya məlumatları sayəsində nəqliyyat vasitəsinin ilk sahibi avtomobilin yerini müəyyən edə bilib, lakin tapıntı barədə polisə məlumat verməyib və özü Dortmund şəhərinə gedərək, avtomobilin qapısını öz açarı ilə açıb, Mannheymə geri sürüb.
 

Avtomobilin yeni sahibi polislə əlaqə saxlayıb və hüquq-mühafizə orqanlarının əməkdaşları geolokasiyadan istifadə edərək avtomobilin yerini müəyyənləşdirərək oğrunu saxlayıblar. Həmin şəxs avtomobili 2017-ci ildə Böyük Britaniyada aldığını təsdiq edən sənədləri polisə təqdim edib.

Dortmund polisinin sözçüsü agentliyə bildirib ki, hazırda bu işdə iki zərərçəkən var.

İndi müstəntiqlər polis tərəfindən ələ keçirilən avtomobilin əmlak vəziyyətini dəqiqləşdirməli, həmçinin nəqliyyat vasitəsini Rumıniyada oğurlayanlarla bağlı araşdırma aparmalı olacaqlar. Mannheym sakininin oğurlanmış avtomobili icazəsiz geri qaytarmağa cəhd etdiyinə görə cəzalandırılıb-çəkilməyəcəyi hələ də məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO