Mail Məmmədov Dövlət Sosial Müdafiə Fonduna icraçı direktor TƏYİN EDİLDİ

Mail Məmmədov Dövlət Sosial Müdafiə Fonduna icraçı direktor TƏYİN EDİLDİ

Hazırda oxunan: Mail Məmmədov Dövlət Sosial Müdafiə Fonduna icraçı direktor TƏYİN EDİLDİ
251320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Bizim.Media "Banker.az"a istinadən xəbər verir ki, Məmmədov Mail Ağasən oğlu 2025-ci ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

O, 2020-ci ildən etibarən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsində çalışıb.
 

2005-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Fondun Nərimanov rayon Gəlirlər sektorunda məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.


2018-2019-cu illərdə Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin Pensiya təyinatı sektorunda sektor müdiri vəzifəsində çalışıb.

2019-2020-ci illərdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

Məmmədov Mail 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO