“Nürnberq məhkəməsi”ndə yeni FAKTLAR – “100 diaspor ermənisindən 65-i...”

“Nürnberq məhkəməsi”ndə yeni FAKTLAR – “100 diaspor ermənisindən 65-i...”

Hazırda oxunan: “Nürnberq məhkəməsi”ndə yeni FAKTLAR – “100 diaspor ermənisindən 65-i...”
250945
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.

Bizim.Media xəbər verir ki, kadrlarda dünyanın müxtəlif yerlərindən – ABŞ-dan, Kanadadan, Suriyadan, Ermənistandan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradıldığı bildirilib.

Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 diaspor ermənisindən 65 nəfəri bu taborun döyüşçüsü olub.

Videogörüntülərdə özünün olduğunu təsdiq edən təqsirləndirilən şəxs David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.
 

D.Manukyan dövlət ittihamçısının suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.


Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO