Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Hazırda oxunan: Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər
250768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təhsil sisteminin ən vacib sütunlarından biri müəllimlərdir. Onların pedaqoji təcrübəsi, dünyagörüşü və formalaşdırdığı nəsillərlə cəmiyyətə təsiri danılmazdır. Uzun illər eyni məktəbdə, eyni şagird tipi ilə işləyən müəllimlərin qazandığı praktik bilik və psixoloji dayanıqlıq onları təhsilin "sabit sütunu"na çevirir. Elə bu səbəbdən bir çox hallarda müəllimlərin 65 yaşı tamam olduqdan sonra da fəaliyyətlərini davam etdirmələrinə ehtiyac duyulur.

Bizim.Media xəbər verir ki, vəkil Turan Abdullazadə mövzu ilə bağlı modern.az-a bildirib ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir:

Müəllimlər maksimum 70 yaşa dək çalışa bilər

“Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir”.

İstisna hallar

Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildə 1 ildən artıq müddətdən artıq uzadıla bilər.

Lakin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir

Müəllimlərin "əməkdar müəllim" və digər fəxri təltiflər onların müqaviləsinin uzadılmasına zəmin yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO