"Prius"u ötən VAZ-ın sürücüsü küçədə DÖYÜLDÜ

"Prius"u ötən VAZ-ın sürücüsü küçədə DÖYÜLDÜ

Hazırda oxunan: "Prius"u ötən VAZ-ın sürücüsü küçədə DÖYÜLDÜ
250604
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda "Toyota Prius" avtomobilinin sürücüsü digər sürücüyə hücum edib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisindəki Duz gölünün yanında baş verib.
 

"Toyota Prius"un sürücüsü onu yolda keçən VAZ-2107 avtomobilini saxlayaraq, həmin avtomobilin sürücüsünü döyüb. O, sürücünün baş və bədən nahiyələrinə bir neçə yumruq zərbəsi endirdikdən sonra avtomobili də təpikləyib yararsız hala salıb. Daha sonra "Toyota Prius"un sürücüsü hadisə yerindən qaçıb.


VAZ-2107 avtomobilinin sürücüsü hadisə barədə polisə məlumat verib və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə "Toyota Prius"un sürücüsü Rafiq Babayevə iki il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq taxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO