Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər" - FOTO

Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər" - FOTO

Hazırda oxunan: Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər" - FOTO
250495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bloger Mehin Oktaylı Dövlət Gömrük Komitəsindən şikayətçidir.

Bizim.Media xəbər verir ki, bu barədə bloger sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, gömrükdə anasının çamadanı əlindən alınıb: "17 may tarixində anam Nərgiz Zahirova İstanbuldan Bakıya gəlib. Vətənə çatan kimi hava limanında çamadanını əlindən alıblar. İçində sadəcə özünə, mənə və nəvəsinə aldığı geyimlər olub. Satış məqsədli geyimlər gətirilməyib. Anam israrla “açın, baxın çamadana” dediyi halda heç bir işçi açıb baxmadan əlindən alıblar. Hətta kobud rəftar edərək öz tərbiyyələrini göstəriblər. 2 gündür hava limanına getməyinə baxmayaraq hələ də çamadanı vermirlər. Səbəb isə “ürəyimiz belə istəyir” olur. Siz camaatı dolamısınız? Gömrük Komitəsi, İstanbuldan gələn hər kəs özü və ailəsi üçün alış-veriş edir. Mənə maraqlıdır, bu qayda-qanunuz hər bir vətəndaş üçün belədir?! Ya keyfiniz istədiyi şəxsin çamadanını heç bir səbəb olmadan əlindən alırsınız? Bu dövlətin qanunu, qaydası var və heç kim özbaşınalıq edə bilməz. Bir az insaf, bir az vicdan!! O çamadan evə gələcək, amma mən sizdən hər yerə şikayət edəcəyəm". (Unikal.az)

Bloger Gömrük Komitəsindən şikayət etdi -


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO