Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO

Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO

Hazırda oxunan: Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO
250187
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində torpaq sürüşməsi yenidən özünü büruzə verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, son günlər yağan intensiv yağıntılar nəticəsində ərazidə əvvəlcədən bərpa olunmuş torpaq qatı yenidən dağılaraq çökməyə başlayıb.

Məlumata əsasən, yolun çiyin hissəsində sürüşmə prosesi aktivləşib, kipləşdirilmiş torpaq layları isə davamlı yüklənməyə tab gətirməyərək deformasiyaya uğrayıb.

Qeyd edək ki, bu ərazidə bir neçə gün əvvəl baş verən sürüşmə nəticəsində yolun bir zolağı tamamilə bağlanmış, asfalt örtük çökərək istifadəyə yararsız hala düşmüşdü. Həmin vaxt əraziyə cəlb olunan texnika vasitəsilə material daşınmış, çökən sahələr təxirəsalınmaz şəkildə doldurulmuşdu.
 

Lakin aparılan bərpa tədbirləri uzunmüddətli davamlılıq nümayiş etdirməyib. Son müşahidələr göstərir ki, torpaq sürüşməsi davam edir və ərazi yenidən təhlükəli vəziyyətə qayıdır. Bu, təkcə yol infrastrukturu üçün deyil, həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün də real təhlükə mənbəyidir.


Mütəxəssislər ərazidə daha ciddi geoloji tədqiqatlara, drenaj və torpaq bərkidici tədbirlərin genişləndirilməsinə ehtiyac olduğunu bildirirlər.

Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO - foto 1
Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO - foto 2
Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO - foto 3
Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO - foto 4
Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO - foto 5
Ağsu aşırımında təhlükəli VƏZİYYƏT - Sürüşmə yenidən AKTİVLƏŞİR – FOTO - foto 6

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO