Albert Aqarunov Şuşada – FOTO

Albert Aqarunov Şuşada – FOTO

Hazırda oxunan: Albert Aqarunov Şuşada – FOTO
248886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı oğlu ölkəmizdə səfərdə olub.

Bizim.Media xəbər verir ki, Milli Qəhrəmanla eyni adı daşıyan Albert Aqarunov səfər çərçivəsində işğaldan azad olunan ərazilərə, eləcə də Şuşa şəhərinə yollanıb.
 

Son bir neçə gündür Bakıda olan Aqarunovlar qəhrəmanın Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər. Ailə bu həftə sonu İsrailə geri dönüb. 


Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakıda anadan olub.

Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, bu ada layiq görülən ilk hərbçilərdən olub. (“Qafqazinfo”)

Albert Aqarunov Şuşada – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO