Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO

Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO

Hazırda oxunan: Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO
248750
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar İcra Hakimiyyətinin dəstəyilə rayonda maraqlı bir aksiya reallaşıb. Belə ki, Qusar şəhərindəki general Mahmud Əbilov adına meydanda səhiyyə işçilərinin "Sağlamlığa doğru qaç" yarışı baş tutub.

Bizim.Media xəbər verir ki, adətən özləri insanların sağlamlığı keşiyində duran tibb işçiləri bu dəfə özləri sağlamlıqları naminə qaçmağa qərar veriblər.
 

Bu məqsədlə Qusar, Quba və ətraf rayonların rayon mərkəzi xəstəxanalarının 200-ə yaxın əməkdaşı Qusar küçələrində "Sağlamlığa doğru qaç” deyərək fiziki qüvvələrini sınayıblar.


Yarış Səhiyyə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçiriilən qaçış-sağlamlıq yarışı qarşıdan gələn 17 iyun-Tibb işçiləri gününə həsr olunub.

Qurumun sədri Elnarə Muradova bu xeyirxah tədbirin tibb işçilərinin fiziki sağlamlığına bir daha diqqəti artırmaqla sağlamlıq keşikçilərinin sağlamlığının da vacib olmasını önə çəkmək olduğunu vurğulayıb.

Yarışda Quba rayon mərkəzi xəstəxanasının komandası 1 ci yeri tutub. "Qusardakı "Şəfa" istirahət mərkəzinin və rayon mərkəzi xəstəxanasının qızlardan və oğlanlardan ibarət komandaları 2-ci və 3-cü ÿerləri bölüşdürüblər.

Sonda qaliblərə hədiyyələr verilib.

Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO - foto 1
Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO - foto 2
Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO - foto 3
Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO - foto 4


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO