“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO

Hazırda oxunan: “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
248332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkil etdiyi beynəlxalq elmi-praktiki konfransda çıxış edərək mobil operatorun universitetlərlə yaratdığı faydalı əməkdaşlıqdan bəhs edib.

Q.Pankenin sözlərinə görə, texnoloji yeniliklərin istehsalatda geniş tətbiqi və digər sahələrə nüfuz etməsi üçün uzun müddət və böyük investisiya tələb olunur. Bu baxımdan, biznesin təhsil ocaqları ilə əməkdaşlığı çox vacibdir.

“Şirkətimizin ATU ilə əməkdaşlığı çərçivəsində təhsilə ayırdığı sərmayə ümumilikdə Azərbaycanın telekommunikasiya sahəsinin gələcəyinə yatırım kimi qiymətləndiririk. “Nar” olaraq, əsas məqsədimiz bugünkü tələbələri sabahın aparıcı mütəxəssisləri kimi yetişdirməkdir”, – deyə Q.Panke bildirib.
 

Qeyd edək ki, “Nar”ın təhsilə yönəlik korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şirkətin əməkdaşları yerli universitetlərin tələbələri üçün davamlı olaraq nəzəri və praktiki təlimlər keçir. Mobil operatorun ali təhsil ocaqları ilə geniş əhatəli əməkdaşlığı şirkətin akademik biliklə sənaye ehtiyacları arasında körpü yaratmaq məqsədini əks etdirir.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO - foto 1
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO