Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO
247540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib.

Bizim.Media xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi landşafta malik olan bu regionun irsi ilə daha yaxından tanış olublar.

Səfər çərçivəsində ilk olaraq Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanın mənəvi-simvolik məkanlarından biri sayılan, dini-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər.

Burada onlar “Damcıxana” və ziyarətgah ərazisində yerləşən müxtəlif müqəddəs yerlərlə tanış olub, ziyarətə gəlmiş yerli sakinlərlə səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.

Daha sonra Ordubad şəhərinə yola düşərək bir sıra tarixi, dini və mədəni obyektlərlə tanış olublar. İlk olaraq şəhərin simvollarından biri olan Ordubad Cümə Məscidi ziyarət edilib. Ardınca “Qeysəriyyə” Tarix-Diyarşünaslıq Muzeyində Ordubadın tarixi, mədəni irsi və sənətkarlıq ənənələrini əks etdirən eksponatlara baxış keçirilib.

Səfər Sərşəhər küçəsində yerləşən bir sıra mədəni abidələrin ziyarəti ilə davam edib. Leyla Əliyeva və Arzu Əliyeva tarixi baxımından əhəmiyyətə malik “Sərşəhər Məscidi” ilə tanış olublar.
 

Daha sonra Sərşəhər Meydanındakı orqanik bazarda Ordubadın özünəməxsus yerli məhsulları, müxtəlif növ milli şirniyyatlar, mürəbbələr, quru meyvələr, bitki ekstraktları, dərman bitkiləri, bal və arı məhsulları, həmçinin Ordubada məxsus qayğanaq və məşhur Ordubad limonu təqdim olunub.


Həmçinin meydanda yerləşən və əsrlərlə yaşı olan qədim çinar ağacı Ordubadın təbiət və tarix vəhdətini əks etdirən rəmzlərdən biri kimi vurğulanıb.

Gəzinti zamanı onlar meydan ərazisində yerli sakinlərlə xoş ünsiyyət qurub, xatirə şəkilləri çəkdiriblər.

Ardınca Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunun Vənənd kəndində yaşayan Əkbərovlar ailəsinin qonağı olublar. Onlar ailənin limonçuluq üzrə fəaliyyət göstərən kiçik aqrotəsərrüfatına baş çəkib, burada xüsusi qulluqla yetişdirilən Ordubad limonu və onun becərilmə prosesi ilə yerində tanış olublar.

Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 1
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 2
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 3
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 4
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 5
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 6
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 7
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 8
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 9
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 10
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 11
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 12
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 13
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 14
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 15
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 16
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 17
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 18
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 19
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 20
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 21
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 22
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 23
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 24
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 25
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 26
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 27
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 28
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 29
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 30
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 31
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 32
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 33
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 34
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 35
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 36
Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunda - FOTO - foto 37

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO