“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO

“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO

Hazırda oxunan: “Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO
246927
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, məlumat daxil olduqdan dərhal sonra agentliyin müfəttişləri hadisə yerində olub.
 

Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ-hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib.


Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin yoxluğu, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işləməməsi və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib.

Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.

Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib.

Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.
 

Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanılması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.


Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.

“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO - foto 1
“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO - foto 2
“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO - foto 3
“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO - foto 4
“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO - foto 5
“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO - foto 6
“Venesiya” şadlıq sarayındakı kütləvi zəhərlənmənin SƏBƏBİ açıqlandı - FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO