Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO

Hazırda oxunan: Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO
246470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 27-də məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 

Bizim.Media xəbər verir ki, çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib. İki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda baş tutub. 

Final mərhələsində Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və Zərdab müəllimləri və inzibati işçilərindən ibarət 32 komanda yarışıb. 

4 turdan ibarət olan final mərhələsində iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 sualda topladıqları bala əsasən komandalar böyük və kiçik kubok uğrunda mübarizə aparıb.
 

Böyük kubok oyununun nəticələrinə əsasən, Goranboy rayonunun "The Masters" komandası I, Beyləqan, Xocavənd, Füzuli rayonlarının birgə "Mil" komandası II, Hacıqabul rayonun "Xudmani" komandası III yerə layiq görülüb. 


Kiçik kubok uğrunda mübarizədə isə Gəncə şəhərinin "Kayzen" komandası I, Şəmkir rayonunun "Bayraktar" komandası II, Bakı şəhərinin "Sirius" komandası III yerə layiq görülüb.

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO - foto 1
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO - foto 2
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO - foto 3
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO - foto 4
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO - foto 5
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO - foto 6
Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib - FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO