Şabranda 3 körpünü sel DAĞITDI – VİDEO

Şabranda 3 körpünü sel DAĞITDI – VİDEO

Hazırda oxunan: Şabranda 3 körpünü sel DAĞITDI – VİDEO
244465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şabranda 3 körpünü sel dağıtdı.

Şimal bölgəsində çaylardan suyun səviyyəsinin normadan bir neçə dəfə artması nəticəsində fəsadlar artmaqdadır.

Şabran rayonunun Bor-bor kəndini Şabrançaya gələn sel suları basıb. Sakinlərin sözlərinə görə ev-eşiklərini, həyət-bacalarını sel basma təhlükəsi var. Üstəlik sel suları Bor-bor körpüsünü dağıdıb.

Şabran icra başçısının müavini İlkin Ağayev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, güclü seldən sonra Şabranda 3 körpünü sel aparıb. Bor-bor, Xəlfələr və Düzbilici kənd körpüləri sel nəticəsində dağılıb. Yaşayış məntəqələrinə alternativ yollar açılıb.

Hazırda rayon Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO