
- A-
- A
- A+
Tərtərdə gənc minaya düşdü, ayağı kəsildi - Bacısı aprel döyüşlərində həlak olmuşdu
Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.
Hadisə bu gün baş verib. Nəticədə 1986-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.xa0
Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov dəxa0 faktı təsdiqləyib. Bildirib ki, hazırda xəstəxanadan gəlir, Azad əməliyyata alınıb:
"Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim".xa0
Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olanxa0Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndinixa0artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu. (Qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































