“Zloy qaqasel” tutuldu: “TikTok”da qadınları şantaj edirmiş - FOTO

“Zloy qaqasel” tutuldu: “TikTok”da qadınları şantaj edirmiş - FOTO

Hazırda oxunan: “Zloy qaqasel” tutuldu: “TikTok”da qadınları şantaj edirmiş - FOTO
243241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Zloy qaqasel” profili ilə insanları təhqir edən, onlardan pul tələb edən şəxs müəyyən olunaraq saxlanılıb.

Bizim.Media xəbər verir ki, bir müddətdir “TikTok” sosial şəbəkəsində müxtəlif şəxsləri şantaj edən, insanlar barəsində rüsvayedici məlumatlar paylaşan “Zloy qaqasel” profilinin sahibi həbs edilib.
 

Onun daha əvvəl müxtəlif cinayət əməlləri törətdiyi, 10 ildən artıq həbsxana həyatı yaşadığı məlum olub.


Cavad Əliyev adlı şəxs profilin sahibinin özü olmadığını deyib. Amma profilin əsl sahibinin kimliyini də açıqlaya bilməyəcəyini söyləyib.

İstintaq zamanı müəyyən edilib ki, Cavad Əliyev “TikTok” istifadəçisi olan xanımdan hədiyyə olaraq jeton tələb edib. Həmin jetonun dəyəri 60 manat civarında olub. Xanım jeton olmadığını, kartına pul göndərə biləcəyini deyib. Lakin Cavad bununla razılaşmayıb və videonu paylaşıb. Zərərçəkmiş qadın polisə müraciət edib. Cavad müəyyən edilərək saxlanılıb.

Maraqlıdır ki, hazırda “Zloy qaqasel” profili açıqdır. Həmin profildə xeyli sayda insan barəsində rüsvayedici məlumatlar yerləşdirilib.

Cavad bu əməlinə görə 3 il 6 ay həbsxanada qalmalı olacaq. (Musavat.com)

“Zloy qaqasel” tutuldu: “TikTok”da qadınları şantaj edirmiş - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO