Azərbaycan və Sloveniya arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı - FOTO

Azərbaycan və Sloveniya arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı - FOTO

Hazırda oxunan: Azərbaycan və Sloveniya arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı - FOTO
242441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları çərçivəsində energetika naziri Pərviz Şahbazovla Sloveniyanının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer arasında görüş olub.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə təbii qaz sahəsində enerji şirkətlərinin əməkdaşlığı və Sloveniyanın qazla təchizatı üzrə əməkdaşlığa başlanması enerji əlaqələrinin inkişafı aspektində dəyərləndirilib.

Yeni istiqamətlər üzrə əməkdaşlığa maraq ifadə edilib.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.
 

Memorandum enerji sahəsində, o cümlədən enerji təhlükəsizliyi və qaz təchizatının şaxələndirilməsi, hidrogen də daxil olmaqla yaşıl enerji texnologiyaları üzrə əməkdaşlığın inkişaf etdirilməsi və bərpaolunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsini ehtiva edir.


Sənəddə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi çərçivəsində qəbul edilmiş enerji siyasətləri və təşəbbüsləri üzrə əməkdaşlığın da gücləndirilməsi nəzərdə tutulur.

Azərbaycan və Sloveniya arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı - FOTO - foto 1
Azərbaycan və Sloveniya arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı - FOTO - foto 2
Azərbaycan və Sloveniya arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO