Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edildi - FOTO

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edildi - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edildi - FOTO
241596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı münasibəti ilə silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bayram tədbirlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının müdafiə nazirinin Ramazan bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdırıb. Xalqımızın taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramının ölkəmizin bütün suveren ərazisində təntənə ilə qeyd olunmasından danışıblar.

Bayram tədbirlərində təqdim olunan konsert proqramları şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

Silsilə tədbirlər çərçivəsində şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edildi - FOTO - foto 1
Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edildi - FOTO - foto 2
Azərbaycan Ordusunda Ramazan bayramı qeyd edildi - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO