Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq

Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq

Hazırda oxunan: Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq

240783

“Etimad İsmayılovun cənazəsi bu gün Bakı vaxtilə axşam 20.40-da İstanbuldan yola salınacaq. Cənazəsi sabah səhər saat 11.00-da atası İlyas müəllimin evindən götürüləcək. İlyas müəllim ailəsi ilə birgə Nardaranda yaşayır. Etimad İsmayılov Nardaran qəbiristanlığında da dəfn olunacaq”.

Moderator.az xəbər verir ki, bunuxa0Modern.az-a açıqlamasındaxa0 Ədalət Partiyasının Aparat rəhbərixa0Mütəllim Rəhimli deyib.xa0

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO