Mehriban Zeynalovadan Hikmət Babaoğluna CAVAB - “Onda boşanmış kişiləri də işə götürməsinlər?”

Mehriban Zeynalovadan Hikmət Babaoğluna CAVAB - “Onda boşanmış kişiləri də işə götürməsinlər?”

Hazırda oxunan: Mehriban Zeynalovadan Hikmət Babaoğluna CAVAB - “Onda boşanmış kişiləri də işə götürməsinlər?”
240121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün  keçirilən  parlamentin  plenar iclasında deputat Hikmət Babaoğlunun  çıxışı zamanı səsləndirdiyi “boşanmış qadın mediator ola bilməz” fikri  ciddi müzakirələrə səbəb olub. O, qeyd edib ki, boşanan kimsə gəlib sertifikat alıb ailə məsələləri ilə bağlı meditasiya aparmasın,  buna məhdudiyyətlər qoyulmalıdır.

Deputatın bu açıqlaması ictimaiyyətdə tənqidlə qarşılanıb və boşanan qadının cəmiyyətdən dışlanması kimi dəyərləndirilib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Hikmət Babaoğlunun səsləndirdiyi fikri absurd adlandırıb.

“Belə çıxır ki, sabah boşanmış kişiləri də işə götürməsinlər? Mən başa düşürəm deputat elə düşünüb ki, bir qadın əgər öz ailəsini qoruya bilməyibsə, digərinə nə məsləhət verəcək? Ancaq, görünür o mediasiya ilə bağlı kifayət qədər məlumatlı deyil. Ona  görə bu çağrışı edib.  O fikri səsləndirərək ciddi şəkildə diskriminasiya yaradıb. Sabah da digəri desin ki, hakimlər də boşanmamış olsun?! Demək istəyirəm ki, bu sadəcə ayrıseçkilikdir”, - deyə Mehriban Zeynalova bildirib.

Müsahibimiz eyni zamanda diqqətə çatdırıb ki, mediatorun işi barışdırmaq deyil. Məsələlərin sülh yolu ilə gələcəkdə tənzimlənməsidir.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO