Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO

Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO
240005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubaya səfəri zamanı “Səkinə xanım” məscidini ziyarət edib.

Bizim.Media xəbər verir ki, məscidin imamı Hacıhəmdulla Dəniyarlı Leyla Əliyeva bu ibadət ocağı barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində İŞTİRAK ETDİ - FOTO


Bildirilib ki, Quba şəhərindəki “Səkinə xanım” məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.

Hündürlüyü 27 metr olan tarixi məscid dördbucaqlı formadadır. 1930-cu illərdə məscid sovet hakimiyyəti tərəfindən bağlanaraq, ətrafındakı mədrəsə və köməkçi binalar dağıdılıb. Daha sonra məsciddən anbar kimi istifadə olunub. Bir müddət sonra isə burada tikiş sexi fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bura yenidən məscid kimi istifadəyə verilib.

Məscid əsaslı şəkildə təmir olunub, dəstəmazxana və digər köməkçi binalar inşa edilib. Hazırda “Səkinə xanım” məscidi ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır.

Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO - foto 1
Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO - foto 2
Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO - foto 3
Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO - foto 4
Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət etdi - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO