Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO

Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO

Hazırda oxunan: Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO
238413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçəri şəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
 

Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçəri şəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.



Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 1
Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 2
Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 3
Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 4
Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 5
Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 6
Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 7
Bakı metrosunda şərti yanğın “söndürüldü”, təxliyə olunanlara “ilkin yardım göstərildi” - FOTO - foto 8


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO