Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO

Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO
237597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən “Azerbaijan Ground Service” MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir.

Bizim.Media bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.

Məlumata görə, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.

Xatırladaq ki, “Abşeron” Ticarət Mərkəzi Lökbatan qəsəbəsində, Xocasən yolu-57 ünvanında yerləşir.

Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO - foto 1
Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO - foto 2
Bakının bu ərazisində avtovağzal fəaliyyətə başladı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO