Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - SƏBƏB?

Hazırda oxunan: Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - SƏBƏB?

23530

"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" ala bilməzlər".

Bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib.

"COVID-19 pasportu" yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, "COVID-19 sertifikatı" isə peyvənd vurduran şəxslərə verilir”, - o bildirib.

Əgər insanda antitel yaranıbsa və COVID-19-a yoluxma riski yoxdursa, niyə pasport verilməməlidir? 

Həkim terapeft Rasif Bağırov Bizim.Media-ya açıqlamasında Azərbaycanda aparılan antitel yoxlamasının etibarlı olmadığını bildirib:

“Bu yoxlama COVID-19-a qarşı immunitetin hansı səviyyədə olmasını əks etdirən sənəd deyil. Həmin yoxlamadan keçən şəxslərə verilən arayışda da bildirilir ki, bu yoxlama xəstənin ümumi vəziyyəti haqqında tam məlumat vermir, vəziyyəti dəqiqləşdrmək üçün diaqnostik yoxlamalara ehtiyac var”.

Rasif Bağırov deyib ki, alman həkimlərinin araşdırmasına görə, koronavirusa yoluxub, sağalan insanlar peyvəndi daha rahat qəbul edirlər. Vaksinasiya onlar üçün hər hansı təhlükə yaratmır.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO