Legion Hərbi Vətənpərvərlik Klubu cəbhəyə 1000 təkər göndərdi:  Düşmən gülləsinə qarşı...

Legion Hərbi Vətənpərvərlik Klubu cəbhəyə 1000 təkər göndərdi: Düşmən gülləsinə qarşı...

Hazırda oxunan: Legion Hərbi Vətənpərvərlik Klubu cəbhəyə 1000 təkər göndərdi: Düşmən gülləsinə qarşı...

233996
Bir il öncə sosial şəbəkədə yaradılan Legion hərbi vətənpərvərlik klubu, daima uğurlu və əməli layihələrlə öz izləyiciləriniu sevindirməkdədir. Yaradılmasınının əsasında gənclərin faydalı yaşam tərzinin təlim və tədris olması,bu qrupa davamlı olaraq nümunə göstərməyi tövsiyyə edir. Son illərin təcrübəsi göstərir ki,əsasən gənclər asudə vaxtın səmərəli və faydalı planlaşdırılmasından əziyyət çəkirlər. Bu da onların lazımsız vərdişlərə baş vurmasına imkan yaradır. XXI əsrin də bəlası olan narkomaniya,içgi aludəçiliyi, kriminal elementlərə maraq,energetik içgilərə meyillər,gənclərin təlim tərbiyəsində,cəmiyyətəxa0 sağlam inteqrasiyasında böyük maneələr yaradır. Məhz bu anlamı qarşılamaq üçün yaradılan Legion hərbi vətənpərrvərlik klubu qrupu, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi,onların doğru yol tutması, asudə vaxtlarda faydalı işlərlə məşqul olması,ekstremal vəziyyətlərə düşdükləri zaman sağlam qalması, fövqəladə vəziyyətlərdə əhalinin köməyəyinə çatması üçün apardığı işlər artıq gənclərdə böyük həvəs yaratmışdır. Bu baxımdan da artıq Legion HVK 20000 izləyici qazanmış, professional komandaya malik olmuşdur.xa0
Yaxın günlərdə Legion HVK-nın yeni ”Hərəmizə bir əsgər qoruyaq” adlı layihəsinə start verildi. Azərbaycan Sizlahlı qüvvələri ilə keçirilən bütün layihələrin mənasında, ordu ilə xalq vəhdətinin dahada gücləndirilməsi,gənc nəslin vətənin müdafiəsinə hazır olması və səngərdə duran əsgərlərimizin məişətinə töhfələr vrilməsi nəzərdə tutulur. Bu layihədə əsasən işlənmiş və istifadəyə yararsız avtomobil təkərlərinin toplanaraq xüsusi maşınlarla cəbhə zonasına yola salınması durur. Bu təkərlər addım-addım irəlləyən ordumuzun yeni mövqelər qurması üçün əvəzsiz materialdir. Əvvəllər qum dolu kisələrdən istifadə artıq öz aktuallığını itirmişdir. Çünki bu kisələr güllə dəydikcə və təbii faktorlardan sıradan çıxmağa daha çox meyillidir.xa0
Təkərlər isə buna nisbətən dözümlü və güllələrin saxlama xassələrinə malikdirlər. Artıq qısa zaman ərzində 1000 dən çox təkər tədarük olunub müxtəlif döyüş zonalarına göndərilmişdir. Və bu aksiya davam edərək,gənclər və müxtəlif iş adamlarını cəlb edir. Xalqımız bu aksiyaya sevinc və fərəh hissi ilə qoşulur. Fərəhləndirici haldır ki geniş xalq kütlələri Legion HVK nın layihələrini bəyənərək,yaxından iştirak etmək arzusunu bildirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO