Arslan Hacıyevə və Vəfa Yaqubluya YÜKSƏK VƏZİFƏ verildi

Arslan Hacıyevə və Vəfa Yaqubluya YÜKSƏK VƏZİFƏ verildi

Hazırda oxunan: Arslan Hacıyevə və Vəfa Yaqubluya YÜKSƏK VƏZİFƏ verildi
233305
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni təyinatlar

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Vəfa Yaqublu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunub.

Bizim.Media xəbər verir ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Təhsil Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb.
 

O, 2022-2024-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri vəzifələrində çalışıb.


Qeyd edək ki, Vəfa Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda Rus dili və ədəbiyyat müəllimliyi üzrə təhsil alıb.

Elm və təhsil naziri Emin Əmrullayevin digər əmri ilə Arslan Hacıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunub.

Arslan Hacıyev 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2022-cil ildə Qazax-Tovuz Regional Təhsil İdarəsini müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Arslan Hacıyev Hacıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çəçivəsində Hollandiyanın "Maastricht School of Management" və ADA Universitetində Beynəlxalq Biznes üzrə təhsilini davam etdirib.

Həmçinin, o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxaq sertifikat ("Project Management Professional" (PMP)) əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO