Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı – FOTO

Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı – FOTO

Hazırda oxunan: Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı – FOTO
233226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bundan daha gözəl, sevincli nə ola bilər?! Çünki neçə illər sonra öz elimizə, obamıza, doğma yurdumuza gəldik və mənim burada övladım dünyaya gəldi, çox şükür".

Bizim.Media xəbər verir ki, bu sözləri işğaldan azad edildikdən sonra Xocalı rayonunda dünyaya gələn ilk körpə Mehdinin atası - 1996-cı il təvəllüdlü Məmmədov İlqar Mehdi oğlu “teleqraf.com”a deyib.

Gənc ata sevincinin hədd-hüdudunun olmadığını bildirib:

"Belə sevinc yaşayacağım heç vaxt ağlıma gəlməzdi, bu, çox gözəl bir sevincdir. Yəqin o da atası kimi qəhrəman böyüyər. Bundan sonra həyatımız, Xocalımız daha da gözəl olsun. Vətənpərvər övladlar böyüdüb, Xocalını canlandıraq, yaşadaq".

Ata həyat yoldaşının və körpəsinin vəziyyətinin yaxşı olduğunu, birigün evə buraxılacağını bildirib.

Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olan İlqar Məmmədov hazırda ANAMA-da inzibatçı vəzifəsində çalışır.

Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı – FOTO - foto 1
Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı – FOTO - foto 2
Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı – FOTO - foto 3
Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO