Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO

Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO
233213
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, döyüş bayrağı sıra meydanına gətirilib.

Tədbirlərdə Müdafiə Nazirliyi rəhbərliyinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, yeni tədris üsul və metodlarının seçilməsi ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Müasir taktiki üsulların işlənilməsi, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin, həmçinin intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Sonda yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, şəxsi heyətin təchizatı, eləcə də rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılıb.


Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO - foto 1
Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO - foto 2
Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO - foto 3
Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO - foto 4
Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO - foto 5


Azərbaycan Ordusunda döyüş texnikaları və silahlar yoxlanıldı - VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO