Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR - FOTO

Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR - FOTO

Hazırda oxunan: Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR - FOTO
231081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusarda rayon rəhbərliyinin növbəti səyyar qəbulu bu gün Atlixan kəndində olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəbuldan öncə rayonun icra başçısı Qarabağ şəhidi Babək Mirzəbəyovun kənd qəbristanlığındakı məzarını ziyarət edib.

Daha sonra Qusar icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov və icra aparatının məsul şəxsləri, idarə və müəssisə rəhbərləri ilə sakinləri dinləyib.
 

Atlixan kənd sakinləri onları narahat edən kənddaxili yolların təmiri, əkin sahələrinə gedən ara yolların açılması, suvarma suyunun çatışmazlığı, elektrik enerjisinin verilişində problemlər və kənddə tibb məntəqəsinin olmaması kimi məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.


İcra başçısı səslənən problemlərlə bağlı aidiyyəti qurumların rəsmilərinə yerindəcə tapşırıq verib.

Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR - FOTO - foto 1
Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR - FOTO - foto 2
Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR - FOTO - foto 3
Qusarın Atlixan kənd sakinləri onları narahat edən məsələləri rayon rəhbərinə ÇATDIRDILAR - FOTO - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO