20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO

20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO

Hazırda oxunan: 20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO
230910
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda azadlıq mübarizəmizin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin 35-ci ildönümü bölgə rayonlarında xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü kimi qeyd edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Şəkidəki Şəhidlər xiyabanında ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər mitinqi keçirilib.

Çıxış edənlər 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildirib, faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb.

***

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Zaqatala şəhərində də ümumrayon anım tədbiri keçirilib.

İctimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan kompleksin önünə qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən toplantının əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

***

Qanlı Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Qəbələdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və qazilər, rayon sakinləri Qəbələ şəhərindəki Şəhidlər xiyabanı kompleksini ziyarət edib, “Əbədi məşəl”in önünə, burada uyuyan şəhidlərin məzarları üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.

Saat 12-də rayonun bütün ərazisində qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimləri həmçinin Balakən, Qax və Oğuz rayonlarında da gün boyu davam edib.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 1
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 2
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 3
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 4
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 5
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 6
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 7
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 8
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 9
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 10
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 11
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 12
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 13
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO - foto 14


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO