Laçında 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi - FOTO

Laçında 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Laçında 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi - FOTO
230897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə .vvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 

Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən Bakıya daxil olublar.


Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, hər kəs atəşə tutulub.

Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və “Silahdaşlar” adlı sənətli film nümayiş olunub.

Laçında 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi - FOTO - foto 1
Laçında 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi - FOTO - foto 2
Laçında 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO