Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO

Hazırda oxunan: Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO
230007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki,TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bu gün N.Rəhmanovu kollektivə təqdim edib.

Məlumat üçün bildirək ki, N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.

O, 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur. N.Rəhmanov 1994-2021-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibbi xidmət idarələrində müxtəlif vəzifələrdə çalışıb.
 

Qeyd edək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024 nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli təsdiq edilib. Bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb.


BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli vərəm əleyhinə dispanserlər, 1 və 2 nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanaları, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası, Suraxanı Tibb Mərkəzinin 3 saylı Doğum evi, eləcə də tabeli tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO - foto 1
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO - foto 2
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO - foto 3
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO - foto 4
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO - foto 5
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olundu - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO