30 yaşlı qadın dəm qazından zəhərlənərək VƏFAT ETDİ - FOTO

30 yaşlı qadın dəm qazından zəhərlənərək VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: 30 yaşlı qadın dəm qazından zəhərlənərək VƏFAT ETDİ - FOTO
229897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün gecə saatlarında dəm qazı daha bir can alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu dəfə bədbəxt hadisə Zaqatalanın ucqar Yengiyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 30 yaşlı Asya Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Yaxınlarının sözlərinə görə qadın əvvəlcə azyaşlı uşağının hamamda çimizdirib. Onu ailə üzvlərinə təhvil verəndən sonra hamamda tək qalıb və hadisə də həmin müddətdə baş verib.

Ailə üzvləri gənc ananın hamamdan çıxmadığını göründə şübhələnib və dərhal hamamın qapısını açıblar. Dərhal Təcili Tibbi Yardıma müraciət olunub. Lakin həkimlər gələnə kimi ölüm faktı qeydə alınıb.

Gənc ananın ölüm səbəbini tam öyrənmək məqsədi ilə meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Baş vermiş hadisənin təfərrüatları Zaqatala rayon Prokurorluğunda araşdırılır.

Bir müddət əvvəl həyat yoldaşından ayrılan 30 yaşlı qadının azyaşlı övladı vardı.

30 yaşlı qadın dəm qazından zəhərlənərək VƏFAT ETDİ - FOTO - foto 1

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO